sonnoqte.az
Xəbər başlıqları
  • 13:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 11:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 
  • 11:10 – Prezident xalqa müraciət edir - Video 
  • 13:33 – İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub 

Bakıda avtobuslar toqquşdu, yaralananlar var - VİDEO

6-01-2022, 11:10 315 dəfə baxılıb

Bakıda avtobuslar toqquşdu, yaralananlar var - VİDEO


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.Az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu gün səhər saat 06:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində Suraxanı dairəsində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 3 avtobusun iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Məmmədov Rəvan Fazil oğlunun idarə etdiyi “Daewoo” markalı avtobusda sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə sıxılı vəziyyətdə qalmış avtobus sürücüsünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO