sonnoqte.az
Xəbər başlıqları
  • 10:37 – Bu ay Əliyev və Ərdoğanın iştirakı ilə Kahramanmaraşda açılış olacaq 
  • 09:11 – Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım - Foto 
  • 11:39 – İlham Əliyev Azərbaycan xalqını təbrik edib 
  • 13:34 – Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı Prezidentin Sərəncamı 

Daha 3 koronavirus xəstəsi saxlanıldı

22-04-2021, 13:00 198 dəfə baxılıb

Daha 3 koronavirus xəstəsi saxlanıldı


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 21-də respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə xəstəxanaya yerləşdirib.

Barələrində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib..






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO