sonnoqte.az
Xəbər başlıqları
  • 20:12 – İlham Əliyev Çapar kəndindəki ailənin qonağı olub - VİDEO 
  • 13:54 – İlham Əliyev Ağdərəyə getdi - Fotolar - Yenilənib 
  • 13:49 – Prezident Tərtərdə açılışda - Fotolar - Yenilənib 
  • 09:56 – “Tikilməsəydi, Bakıda ciddi su qıtlığı olardı” - İlham Əliyev+Video 

TƏCİLİ! Kiberpolis tərəfindən ƏMƏLİYYAT: 8 NƏFƏR SAXLANILDI - VİDEO

28-11-2025, 09:37 21 dəfə baxılıb



Sosial şəbəkələrdə qanunsuz olaraq təşkil edilən onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitlərinin köçürülməsində istifadə olunan bank kartlarının alqı-satqısını həyata keçirən şəxslərə qarşı kiberpolis tərəfindən əməliyyat-texniki tədbirlər davam etdirilir.

Bu barədə MDaxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) bu istiqamətdə keçirdiyi növbəti tədbirlər zamanı qeyd edilən qanunazidd fəaliyyətlə məşğul olan daha 8 nəfər - Dilqəm Umudov, Nurhəsən Balayev, Sərvər Məmmədov, Zaur Məmmədzadə, Atabala Qarayev, Elçin İsgəndərov, Fərid Qədirov və Coşqun Cəfərli saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar. Daha sonra həmin kartlar cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsasən "telegram" sosial şəbəkəsində ölkə xaricindən idarə olunan qanunsuz onlayn qumar təşkil edən şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri yüzlərlə bank kartının bu və digər kibercinayətlərdə istifadə edildiyi aşkarlanıb.

Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

"Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, əgər bank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə olunur", - müraciətdə deyilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO