sonnoqte.az
Xəbər başlıqları
  • 11:40 – Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb 
  • 14:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 08:28 – Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb 
  • 19:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 

ÇL-nin yarımfinal oyunu təxirə salına bilər

29-04-2025, 08:48 73 dəfə baxılıb

ÇL-nin yarımfinal oyunu təxirə salına bilər


Çərşənbə günü Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” və “İnter” komandaları arasında keçiriləcək ilk oyun İspaniyada elektrik enerjisinin kəsilməsi səbəbilə təxirə salına bilər.

 İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik problemi ilə bağlı İspaniyanın müxtəlif yerlərində hava limanlarında böyük gecikmələr və təxirəsalmalar olub.

İtaliya təmsilçisinin matça 24 saat qalmış Barselonaya getməyi planlaşdırdığı, lakin fasilələrə görə səfərin yarımçıq qala biləcəyi bildirilib.

İspaniya mətbuatının məlumatına görə, UEFA-ya “İnter”in bu gün Barselonaya çata bilməyəcəyi təqdirdə matçın təxirə salınması variantının nəzərdən keçirilməsi bildirilib.

Qeyd edək ki, qarşılaşma aprelin 30-u saat 23:00-da start götürməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO