sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 17:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 13:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 12:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

“Xəzər rayonunda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Qadın hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlanılıb

5-04-2022, 09:58 531 dəfə baxılıb



 
Gender bərabərliyi məsələsi, qadın hüquqlarının təmin olunması, məişətdə, sosial həyatda qadınların hüquqlarının pozulması hər zaman Azərbaycan cəmiyyətinin ağrılı problemlərindən olub.
 Bu istiqamətdə həm dövlət, həm vətəndaş cəmiyyəti, həm də mətbuat tərəfindən xeyli iş görülsə də, hələ də problem tam olaraq həllini tapmayıb. Bu istiqamətdə ən vacib məsələlərdən biri də davamlı maarifləndirmə işlərinin aparılması, gender problemlərinin ictimai müzakirəyə çıxarılaraq gündəmdə saxlanmasıdır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə üç ay (01.02.2022-02.05.2022) müddətində  həyata keçirilən  “Qadın hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsində  Xəzər rayonunda yerləşən 8 kəndin 12 məktəbində qadın hüquqlarının təbliği məqsədi ilə yuxarı sinif şagirdləri(IX-XI) arasında maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Layihənin əsas məqsədi hədəf ərazilərdə  yaşayan   yuxari sinif şagirdlərinə qadın hüquqlarını təblig etmək və gələcəkdə    qadınların hüquqlarının tapdalanması hallarının azadılması istiqamətində iş aparmaqdır. 





















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO