Qusarda “Qadın hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlanılıb
“Qusarda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Qadın hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlanılıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə “Qadın hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi Qusar rayonu üzrə icmalarda yaşayan hər iki cinsin nümayəndələrinin iştirakı və bəhrələnməsi üçün nəzərdə tutulmuşdur.
Üç ay (01.02.2022-01.05.2022) müddətində həyata keçiriləcək layihədə iştirakçıların maarifləndirmə görüşlərində və tədbirlərində iştirakını nəzərə alaraq "Dövlət və cəmiyyətin ortaq problemi-məişət zorakılığı" hallarının aradan qaldırılmasına dəstək göstəriləciyi planlaşdırılmışdır.
Layihənin məqsədi qadın hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil etməkdən ibarətdir. Görüləcək işlər isə qadın hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirməkdir.
Nəticə olaraq maarifləndirmə görüşlərində iştirak edən xanımların özünə inamı və özünə güvəni güclənəcəkdir.