sonnoqte.az
Xəbər başlıqları
  • 19:15 – İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 
  • 19:05 – Azərbaycanda bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib - FƏRMAN - SİYAHI 
  • 16:54 – İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub 
  • 16:49 – İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 

Tural müəllim: Regionda hər kəs, xüsusilə də məğlub Ermənistan güclü və qalib Azərbaycanla hesablaşır

11-11-2021, 01:42 343 dəfə baxılıb



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Füzuli rayon şöbəsinin rəisi Tural müəllim - Bu gün Qafqazda və regionda geosiyasi vəziyyət xeyli dəyişib. Azərbaycanın 30 ildən sonra işğal altında olan torpaqlarını azad etməsi və ötən ilin noyabr ayının 10-da məğlub Ermənistanın kapitulyasiya aktına imza atması regionda yeni reallıqlar yaradıb. Azərbaycan öz haqqını, şərtlərini və tələblərini irəli sürür, Ermənistan isə bütün bunlarla məcburi razılaşaraq əməl edir. Azərbaycanın tarixi qələbəsindən indiyədək siyasi platformada müxtəlif danışıqlar aparılır, görüşlər keçirilir. Regionda hər kəs, xüsusilə də məğlub Ermənistan güclü və qalib Azərbaycanla hesablaşır. 30 il uzun bir müddət ola bilər. Bu zaman trayektoriyası, tarixi qələbəmizi daha şanlı və unudulmaz etdi.

Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar. 28 ildən çox idi ki, ərazilərimizin 20 faizi işğal edilmiş, 20 min vətən övladı şəhid olmuş, 1 milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmış kimi acı reallıqla üz-üzə qalmışdı. Bütün dünya bunu gördü. Onu da gördü ki, Ermənistan dünyanın ən mötəbər qurumu - BMT-nin Təhlükəsizlik Şurası 4 qətnaməyə əməl etmədi, ATƏT-in Minsk qrupu yaradıldığı gündən heç bir iş görmədi.

Ancaq 28 ildən çox çəkən bu acı reallıqlara 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən hərbi əməliyyatlar Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyev “Dəmir yumruq” siyasəti ilə erməni işğalına son qoyaraq, qondarma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimai fikrində yaranmış bütün stereotipləri və rəyləri darmadağın etdi! Azərbaycan xalqının, ordusunun qalib, məğrur, qürurlu olduğunu nümayiş etdirdi. Artıq bu gün yeni reallıqlar yaradan Azərbaycanla hesablaşırlar və Qalib Sərkərdə bütün dünyanı yaratdığı yeni reallıqlarla barışmağa və hesablaşmağa çağırış edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO