11:55 – Prezident yeni səfiri qəbul etdi - FOTOLAR
14:34 – Prezident onları "Tərəqqi" medalı ilə təltif edib
11:33 – Prezident qəbul keçirdi - Fotolar
11:27 – Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - Fotolar
Prezident Vensə bu fotoları göstərdi - VİDEO
11-02-2026, 08:42
23 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda mühüm rəsmi qarşılanma mərasimi baş tutub.
Fevralın 10-da Zuğulba iqamətgahında keçirilən mərasimdən sonra maraqlı anlar yaşanıb.
Belə ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vitse-prezident Vens və xanımı Uşa Vensə ailə albomundan olan özəl fotoları təqdim ediblər. Həmin fotolarda müxtəlif dövrlərdə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ABŞ-nin yüksəkrütbəli rəsmiləri ilə keçirilən görüşlər əks olunub.
Qeyd edək ki, səfər çərçivəsində tərəflər arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanıb. Sənəd iqtisadiyyat, təhlükəsizlik və süni intellekt sahələrində əməkdaşlığı nəzərdə tutur.
Xatırladaq ki, bu səfər son 18 ildə ABŞ vitse-prezidentlərinin Azərbaycana ilk gəlişi kimi tarixə düşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: