sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

Tramp Prezident İlham Əliyevə təşəkkür edib

24-01-2026, 08:49 15 dəfə baxılıb

Tramp Prezident İlham Əliyevə təşəkkür edib


ABŞ Prezidenti Donald Tramp ötən ilin avqust ayında imzalanmış sülh müqaviləsinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.

Bununla bağlı Ağ Ev rəhbərinin "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

Trampın sözlərinə görə, son müharibə dəhşətli olub və onun sona çatdıra bildiyi səkkiz müharibədən biridir, lakin region artıq sülh və rifah dövrünə qədəm qoyur. O, ABŞ-nin vitse-prezidenti Jey Di Vensin sülh səylərini davam etdirmək, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu irəli aparmaq üçün fevralda Azərbaycana və Ermənistana səfər edəcəyini vurğulayıb.

ABŞ Prezidenti həmçinin Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək, Ermənistanla dinc nüvə əməkdaşlığı müqaviləsi bağlamaq və Amerikanın yarımkeçirici istehsalçılarının maraqları naminə müqavilələr imzalamaq niyyətində olduğunu bildirib.

Bundan əlavə, Tramp ABŞ-nin Azərbaycana zirehli geyimlər, qayıqlar və digər məhsullar da daxil olmaqla Amerika istehsalı olan müdafiə avadanlıqları satmağı planlaşdırdığını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO