11:16 – Prezidentin sosial media səhifələrində ABŞ Vitse-prezidenti ilə görüşünə dair video paylaşılıb
11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib
08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO
“Tikilməsəydi, Bakıda ciddi su qıtlığı olardı” - İlham Əliyev+Video
13-01-2026, 09:56
11 dəfə baxılıb
“Onu da bildirməliyəm ki, son 20 il ərzində həyata keçirdiyimiz layihələrdən biri də tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəməridir. Əgər bu su kəməri tikilməsəydi, bu gün Bakıda su qıtlığı özünü çox ciddi şəkildə göstərmiş olardı”.
“Bunu Prezident İlham Əliyev Bakı və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədəki çıxışı zamanı bildirib.
Dövlət başçısı Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etmək məqsədi daşıyan, 2035-ci ilədək tamamlanması planlaşdırılan dövlət proqramından bəhs edib:
“Çünki yenə də deyirəm, proqram 2035-ci ilə qədər nəzərdə tutulur. Biz hesab edirdik ki, bunu daha da tez bir zamanda etmək mümkündür. Ancaq tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: