09:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir"
17:12 – İlham Əliyev: Cəbrayılın Azərbaycan üçün böyük töhfəsi olacaq
17:07 – Cəbrayıl rayonunun Soltanlı kəndində "Şəfəq" yarımstansiyasının açılışı olub
17:00 – İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib
Prezident xanımı ilə Gəncədə III MDB Oyunlarının açılışını izlədi - Fotolar
28-09-2025, 19:49
68 dəfə baxılıb
Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
“ Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.
Əvvəlcə Azərbaycanın üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.
Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.
Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.
Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov və Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov çıxış ediblər.
Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.
Tədbir bədii hissə ilə davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: