sonnoqte.az
Xəbər başlıqları
  • 08:28 – Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb 
  • 19:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 18:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 
  • 14:11 – Zəngəzurdan keçəcək “Tramp Yolu” Orta Dəhlizin bir hissəsi olacaq - Prezident 

İstanbuldan İrəvana uçuşları bu aviaşirkət HƏYATA KEÇİRƏCƏK

24-12-2021, 10:27 236 dəfə baxılıb

İstanbuldan İrəvana uçuşları bu aviaşirkət HƏYATA KEÇİRƏCƏK


"Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır".

"Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu NTV telekanalının efirində deyib.

Onun sözlərinə görə, sözügedən şirkət yaxın günlərdə uçuşlara başlayacaq.

Bundan əlavə, o, artıq Ermənistandan olan başqa bir şirkətin də eyni marşrut üzrə uçuşlar həyata keçirmək arzusunun olduğunu bildirib.

Dekabrın 20-də Ermənistanın Mülki Aviasiya Komitəsi Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq "Flyone Armenia"nın 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirəcək ilk Ermənistan aviaşirkəti olacağını açıqlayıb .

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, bu sənədlər tərəflər tərəfindən ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də Ermənistan protokolları ləğv etdiyini açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO