sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 09:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 08:28 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Türkiyədən ABŞ-a: "Razı olmasalar, Rusiya alternativdir"

19-10-2021, 12:26 282 dəfə baxılıb

Türkiyədən ABŞ-a: "Razı olmasalar, Rusiya alternativdir"


ABŞ Türkiyəyə almaq istədiyi F-35 və yeni nəsil F-16 döyüş təyyarələrini verməzsə, o zaman alternativ variant kimi Rusiya istehsalı olan Su-35 və Su-57 qırıcıları ala bilər.

“Haber7” xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Başçısı İsmayıl Dəmir mövzu ilə bağlı açıqlamasında bunları deyib: “Proses müsbət bir şəkildə tamamlanmasa, Türkiyə alternativsiz deyil. Lazım olsa, Su-35 və Su-57 dəftərləri hər zaman açıla bilər. Türk müdafiə sənayesi hər hansı müdafiə sisteminin etibarlı formada olması üçün əlindən gələni edəcək”.

Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Təşkilatının (FSMTC) direktoru Dmitri Şuqayev RİA Novosti-yə deyib ki, Ankara bu qırıcıları almaq qərarına gəlsə, Moskva Su-35 və Su-57 qırıcıları ilə bağlı Türkiyə tərəfi ilə danışıqlara hazırdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) F-35-lə bağlı  Türkiyə ilə məsləhətləşmələr aparıldığını açıqlayıb.

Oktyabrın 18-də  Anqolaya səfərindən öncə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Ərdoğan bir daha F-35 məsələsinə toxunaraq bunları deyib: “F-35-lər üçün 1 milyard 400 milyon dollarlıq bir ödəniş var. Və bu ödənişlər qarşısında ABŞ  bizə F-16 almağı təklif etdi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO