Sanksiyalar təzyiqi güclənərsə, İran ABŞ-ın Yaxın Şərqdəki iqtisadi maraqlarına zərər verə bilər.
Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Livanın "Əl Manar" televiziya kanalına verdiyi müsahibədə deyib: "Əgər ABŞ İrana iqtisadi təzyiqi artırarsa, biz regiondakı Amerika maraqlarına təsir edəcək əks tədbirlərlə cavab verəcəyik". O, hansı əks tədbirlərdən danışdığını dəqiqləşdirməyib.
Rezai əlavə edib ki, onun fikrincə, ABŞ-ın Tehrana iqtisadi təzyiqə keçməsi "münaqişənin həllinə hərbi yanaşmanın məhdud nəticələr verdiyini" göstərir.
Axıos dünən məlumat yaymışdı ki, ABŞ yaxın gələcəkdə İrana yeni zərbələr endirməyi planlaşdırmır və Tehrana təzyiq göstərməyin digər vasitələrinə, o cümlədən iqtisadi sanksiyalara üstünlük verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.