sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Bu gün Mehriban Əliyevanın doğum günüdür 
  • 08:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 13:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 13:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 

"Facebook" və "Instagram"a qarşı rekord cərimə: 47 ştat Zukerberqin şirkətini diz çökdürdü

Bu gün, 14:22 5 dəfə baxılıb

"Facebook" və "Instagram"a qarşı rekord cərimə: 47 ştat Zukerberqin şirkətini diz çökdürdü


"Meta" korporasiyası yeniyetmələrin sosial media asılılığı ilə bağlı qaldırılan kütləvi iddiaları və məhkəmə prosesini dayandırmaq üçün 17 milyard dollar (14,6 milyard avro) ödəməyə və "Facebook" ilə "Instagram" platformalarına uşaqların təhlükəsizliyi üçün yeni mexanizmlər əlavə etməyə razılıq verib.

Bu barədə ABŞ-ın 47 ştatının baş prokurorları birgə bəyanatla çıxış ediblər.

Xatırladaq ki, Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi də daxil olmaqla 29 ştat 2023-cü ildə texnologiya nəhəngini uşaqların psixi sağlamlığına zərər vurmaqda və asılılıq yaradan alqoritmlərdən istifadə etməkdə ittiham edərək məhkəməyə vermişdi.

Əldə olunmuş bu tarixi razılaşma texnologiya sektorunda indiyədək qeydə alınan ən böyük ödənişlərdən biri hesab olunur və davam edən məhkəmə çəkişmələrinə rəsmi olaraq son qoyur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO