Pirallahı Fish House – Dəniz Dadının Ünvanı
Bakıdan bir qədər kənarda, Xəzərin qoynunda yerləşən Pirallahı Fish House, təkcə dəniz məhsulları təqdim edən bir restoran deyil – bu, kulinar zövqün, ənənənin və müasirliyin ahənginə çevrilmiş bir təcrübədir. Ailəvi istirahət məkanı olaraq formalaşan bu gözəl məkan Pirallahı icmasının mərkəzində yerləşir və özünəməxsus dəniz dadları ilə fərqlənir.
Burada təqdim olunan hər bir yemək – dənizlə dialoqdan doğan zövqün nəticəsidir. Menyuda sizə qızılı rəngə qədər qızardılmış balıqlar, ləzzətli dəniz məhsulları makaronları, krevetlər, kalmarlar, midyələr və daha nələr-nələr təqdim olunur. Hər bir məhsul ya yerli təzə sulardan, ya da dünya üzrə etibarlı mənbələrdən gətirilir və peşəkar aşpazların əli ilə incə şəkildə hazırlanır.
Restoranın əsas üstünlüklərindən biri də ailəvi konsepsiyasıdır. Uşaqlar üçün xüsusi menyular, sakit və rahat oturma sahələri, təmiz və gigiyenik şərait, ailə dəyərlərinə hörmətlə yanaşma – bütün bunlar Pirallahı Fish House-u ailələr üçün ən sevilən ünvanlardan birinə çevirib.
İstər bayram süfrəsi, istərsə də adi bir axşam yeməyi – bu məkanda hər nahar bir hadisəyə, hər axşam bir yaddaşa çevrilir.
Pirallahı Fish House restoranının uğur yolunun arxasında dayanan şəxs – Samir Zöhrabov – dəniz məhsulları sektorunda təkcə sahibkarlıq fəaliyyəti ilə deyil, mədəniyyətə və insana olan münasibəti ilə də seçilən bir şəxsiyyətdir.
Samir müəllim bu sahəyə yalnız biznes gözü ilə baxmır. O, qonaqpərvərliyi bir sənətə, daddan zövq yaratmağı isə bir mədəniyyətə çevirən sahibkarlardandır. Onun rəhbərliyi ilə restoran təkcə müştəri məmnuniyyətini yox, həm də sosial məsuliyyət anlayışını daşıyan bir məkana çevrilib.
Samir Zöhrabov tez-tez şəhid ailələri və qaziləri üçün xüsusi tədbirlər təşkil edir, onların rahat və ləyaqətli şəkildə istirahət edə bilmələri üçün şərait yaradır. "Vətən uğrunda canını verənlərə xidmət, bizim borcumuzdur" – deyə, o, bu sahədə humanist fəaliyyətlərini səssiz və səmimi şəkildə həyata keçirir.
Eyni zamanda, cənab Prezident İlham Əliyevin sahibkarlara verdiyi dəstəyi yüksək qiymətləndirən Samir Zöhrabov, bu fürsətlərin düzgün dəyərləndirilməsinin vacibliyini daim vurğulayır. Onun sözlərinə görə, "Sahibkarlıq sadəcə qazanc vasitəsi deyil, eyni zamanda cəmiyyətə fayda verməyin, rifah yaratmağın yoludur."
Pirallahı Fish House – təkcə bir restoran deyil, bir ruh halıdır. Dənizin nəfəsi ilə bəzənmiş yeməklər, səmimi və peşəkar xidmət, təbiətin bəxş etdiyi sakitlik, ailəyə və insana verilən dəyər – bunların hər biri Samir Zöhrabovun rəhbərliyi altında vəhdət halında təqdim olunur.
📍 Ünvan: Pirallahi fish house, Baku, Azerbaijan Az1077
📞 Əlaqə: [ +994 55-294-70-02; +994 70-887-47-02 ]
📆 Ailəvi istirahət, tədbirlər, romantik axşamlar üçün ideal seçim.
"Dad, dəyər və duyğu – hər üçü bir yerdə: Pirallahı Fish House."
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: