sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Bu gün Mehriban Əliyevanın doğum günüdür 
  • 08:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 13:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 13:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 

Türkiyə hərəkətə keçdi – Yunanıstandan təhlükəli hərbi plan

Bu gün, 09:00 8 dəfə baxılıb

Türkiyə hərəkətə keçdi – Yunanıstandan təhlükəli hərbi plan


Yunanıstanın Rodos adasında pilotsuz uçuş aparatları (PUA) üçün hərbi baza yerləşdirmək planı Ankara ilə Afina arasında yeni gərginliyə səbəb olub.

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk Ankaranın bu addımı Rodosun demilitarizasiya edilmiş statusunun pozulması kimi qiymətləndirdiyini bildirib.

Aktürk qeyd edib ki, Yunanıstanın Rodosda PUA bazası yerləşdirmək istiqamətində atacağı addımlar iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə bilər.

Türkiyə tərəfinin mövqeyinə görə, Afinanın bu planı Egey dənizində mövcud həssaslığı daha da artıracaq. Zeki Aktürk Yunanıstanın belə addımlarının mehriban qonşuluq münasibətlərinə, eləcə də bölgədə sülh və sabitliyə zərər vuracağını vurğulayıb.

Ankara uzun müddətdir Egey dənizindəki demilitarizasiya statusuna malik adaların hərbiləşdirilməsinə etiraz edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO