sonnoqte.az
Xəbər başlıqları
  • 09:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 
  • 17:12 – İlham Əliyev: Cəbrayılın Azərbaycan üçün böyük töhfəsi olacaq 
  • 17:07 – Cəbrayıl rayonunun Soltanlı kəndində "Şəfəq" yarımstansiyasının açılışı olub 
  • 17:00 – İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib 

Prezident İlham Əliyev Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin məzarını ziyarət edib - FOTO

9-05-2023, 15:17 215 dəfə baxılıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvab Qarabağinin Şuşa şəhərindəki məzarı və qəbirüstü abidəsi bərpa olunub.

Şuşa şəhəri işğal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağinin Cıdır düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Heydər Əliyev Fondu bu ilin mart ayından ərazidə müvafiq işlərə başlayıb və qəbirüstü abidə bərpa olunub.

Prezident İlham Əliyev Mir Möhsün Nəvvab Qarabağinin məzarı üzərinə gül dəstəsi qoydu.
Qeyd edək ki, bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işləri alim və şairin xatirəsinə ehtiram, eləcə də mədəniyyətimizin qorunub saxlanılması istiqamətində görülən işlərə daha bir töhfədir.

Xatırladaq ki, Mir Möhsün Nəvvab Qarabaği 1833-cü ildə Şuşada anadan olub, orada yaşayıb-yaradıb və 1918-ci ildə vəfat edib.

Prezident İlham Əliyev Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin məzarını ziyarət edib - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO