sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama

27-07-2026, 10:21 31 dəfə baxılıb

Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama


Rusiya Prezidenti Vladimir Putin Kalininqrad vilayətinə qarşı mümkün təhdidlərlə bağlı sərt açıqlama verib.

Putin bölgəyə hər hansı təhlükə yaranacağı təqdirdə Kalininqradın təhlükəsizliyinin Rusiyanın bütün imkanları ilə təmin ediləcəyini bildirib.

Putin qeyd edib ki, Kalininqrada yönələn istənilən təhdidə cavab veriləcək və bölgənin müdafiəsi üçün ölkənin bütün resursları səfərbər olunacaq.

Rusiya liderinin sözlərinə görə, Hərbi Dəniz Qüvvələri ölkənin təhlükəsizliyinin həyati əhəmiyyət daşıyan əsas dayaqlarından biri olaraq qalır. O, donanmanın inkişafı ilə bağlı bütün planların həyata keçiriləcəyini vurğulayıb.

Putin həmçinin bildirib ki, Rusiya donanmasının beynəlxalq təlimlərdə iştirakı ölkəni müdafiə sahəsində təcrid etmək cəhdlərinin uğursuzluğunu göstərir.

Rusiya Prezidenti əlavə edib ki, ölkəsi Arktikada özünü təhlükəsiz hiss edir və ən müasir texnologiyalardan istifadə etməklə bölgədə iqtisadi fəaliyyətini genişləndirir.

O, Rusiyanın Şimal Dəniz Marşrutunu qorumağa davam edəcəyini, xarici sualtı qayıqların isə həmin marşrutlara daxil olmağa cəhd göstərdiyini söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO