sonnoqte.az
Xəbər başlıqları
  • 11:02 – "Trampın sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" - Prezident 
  • 10:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 
  • 10:01 – İlham Əliyevdən Trampa məktub 
  • 11:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar 

Tramp Türkiyəyə kömək edəcək

Bu gün, 12:40 2 dəfə baxılıb

Tramp Türkiyəyə kömək edəcək


ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Vaşinqtonun Ankaraya beşinci nəsil F-35 qırıcılarının satışına icazə verməyə hazır olduğu barədə məlumat verəcəyi gözlənilir.

Bu barədə The New York Times (NYT) öz mənbələrinə istinadən yazıb.

Qəzetin məlumatına görə, Trampın bu qərarı necə həyata keçirəcəyi və Konqresin Türkiyəyə F-35 satışını qadağan edən məhdudiyyətini hansı yolla aşacağı hələlik məlum deyil.

ABŞ administrasiyasındakı mənbələr hesab edirlər ki, Türkiyənin F-35 proqramına qayıdışını rəsmiləşdirmək üçün Tramp və Ərdoğan arasında rəsmi məktub mübadiləsi aparıla bilər. ABŞ prezidentinin 7 iyulda NATO sammitində iştirak etmək üçün Türkiyəyə səfər edəcəyi gözlənilir.

Bununla yanaşı, nəşr qeyd edir ki, Ağ Ev rəhbəri son anda qərarını dəyişə də bilər.

İyunun sonunda Euractiv portalı yazmışdı ki, ABŞ Türkiyə S-400 zenit-raket komplekslərindən imtina edəcəyi təqdirdə F-35 qırıcılarının satışını yenidən gündəmə gətirə bilər. Lakin Vaşinqtonun şərtinə görə, Ankara bu sistemləri Rusiyaya qaytarmamalı, əvəzində onları üçüncü ölkəyə satmalıdır.

Xatırladaq ki, ABŞ 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığı üçün Türkiyəni F-35 proqramından çıxarmışdı. Vaşinqton bunu F-35 qırıcılarının texniki xüsusiyyətləri barədə məlumatların S-400 vasitəsilə əldə oluna biləcəyi riski ilə əsaslandırmışdı.

Türkiyəyə F-35 qırıcılarının verilməsinə İsrail və NATO üzvü olan Yunanıstan da sərt şəkildə etiraz edir. Hər iki ölkə hesab edir ki, Ankaranın bu təyyarələri əldə etməsi regiondakı hərbi qüvvələr balansını poza bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO