sonnoqte.az
Xəbər başlıqları
  • 10:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 14:33 – Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib 
  • 12:25 – Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü 
  • 11:40 – Daşaltı kəndinin fonunda - Fotolar 

Avropada öldürən istilər: parislilər evlərini qeyri-adi üsulla qoruyur

Bu gün, 14:22 2 dəfə baxılıb

Avropada öldürən istilər: parislilər evlərini qeyri-adi üsulla qoruyur


Parisdə havanın temperaturu 38 dərəcəni keçdiyi üçün sakinlər evlərini sərin saxlamaq üçün maraqlı üsula əl atıblar.

Parisdə 38°C-dən yuxarı istilər fonunda şəhər sakinləri pəncərələrini alüminium təbəqə ilə örtməyə başlayıblar.

Bu, elektromaqnit şüalanmasından, hökumət sui-qəsdlərindən və ya peyk nəzarətindən qorunmaq üçün deyil.

Alüminium təbəqə günəş şüalarını əks etdirdiyi üçün otağın qızmasının qarşısını almağa kömək edir. Mütəxəssislər bildirirlər ki, bu üsul alüminium təbəqə pəncərənin daxili deyil, xarici hissəsinə bərkidildikdə daha effektiv nəticə verir.

Bu arada, İtaliyada da təxminən 10 gündür davam edən Afrikadan gələn güclü isti hava dalğası xüsusilə böyük şəhərlərdə yaşayanları və turistləri çətin vəziyyətə salıb.

"Bu çox güclü istidir və demək olar ki, heç külək yoxdur", "Bu temperatur çox təhlükəlidir", - deyə sakinlər bildirirlər.

İtaliyanın Səhiyyə Nazirliyi bir neçə gündür Milan şəhərində ən yüksək – "qırmızı" həyəcan səviyyəsini qüvvədə saxlayır. Şəhərdə bu gün də ekstremal istilər təsirini davam etdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO