sonnoqte.az
Xəbər başlıqları
  • 12:25 – Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü 
  • 11:34 – Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar 
  • 10:16 – Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar 
  • 12:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Dünən, 08:15 8 dəfə baxılıb

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir


Rusiyada yaşayan azsaylı yerli xalqların nümayəndələri müharibənin onların gələcəyini təhlükə altına saldığını bildirirlər.

Yakutiyada yerli və azsaylı xalqların hüquqları üzrə müvəkkil Konstantin Robbek Sibirin və Uzaq Şimalın kiçik xalqlarından müharibəyə göndərilənlərin sayının dəqiq qeydə alınmadığını bildirib.

Məlumata görə, söhbət sayları onsuz da az olan yerli xalqlardan gedir. Onların arasında on minlərlə nümayəndəsi olan xalqlarla yanaşı, cəmi yüz nəfərə yaxın üzvü qalan etnik qruplar da var.

İctimai təşkilatlar bu xalqlardan səfərbər edilən və cəbhəyə göndərilən insanların sayını öyrənməyə çalışsalar da, tam məlumat əldə edə bilməyiblər.

Bildirilir ki, sayları çox az olan xalqlar üçün hətta məhdud insan itkisi belə onların gələcək mövcudluğu baxımından ciddi nəticələr yarada bilər.musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO