sonnoqte.az
Xəbər başlıqları
  • 10:46 – İlham Əliyev İordaniya Kralını təbrik edib 
  • 09:00 – Dövlət başçıların İlham Əliyevə təbrikləri davam edir - YENİLƏNİB 
  • 20:27 – Prezidentə Fəxri doktor adı verildi 
  • 08:40 – Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 

Hörmüz boğazı 30 günə açılır?

Bu gün, 10:04 2 dəfə baxılıb

Hörmüz boğazı 30 günə açılır?


İran və ABŞ arasında əldə olunacaq razılaşma çərçivəsində Tehran saziş imzalandıqdan sonra 30 gün ərzində Hörmüz boğazını açmalıdır.

Bu barədə “The Washington Post” (WP) qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə xəbər verir.

Nəşrin məlumatına əsasən, “son təklifə görə İran dərhal Hörmüz boğazını açacaq və 30 gün ərzində gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qayıtmasını təmin etmək üçün addımlar atacaq”.

Bundan əlavə, İran, ABŞ və onların müttəfiqlərinin bütün cəbhələrdə, o cümlədən Livan ərazisində hərbi əməliyyatların dərhal dayandırıldığını elan etməsi də nəzərdə tutulur.

Qəzet qeyd edir ki, təklif paketinə İranın nüvə silahı hazırlamaqdan imtina etdiyini təsdiqləməsi və nüvə materialı ehtiyatlarının razılaşdırılmış üsulla məhv edilməsinə razılıq verməsi də daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO