sonnoqte.az
Xəbər başlıqları
  • 20:09 – Prezident məmurlara tapşırıq verdi 
  • 11:16 – Prezidentin sosial media səhifələrində ABŞ Vitse-prezidenti ilə görüşünə dair video paylaşılıb 
  • 11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 

İran ABŞ-la danışıqları təsdiqlədi

14-01-2026, 13:01 5 dəfə baxılıb

İran ABŞ-la danışıqları təsdiqlədi


İran ABŞ-la danışıqlara hazırdır, lakin onlar qarşılıqlı hörmətə əsaslanmalı və əsas elementar prinsiplərə riayət etməlidir. 

Bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami  deyib.

Diplomat İranın xarici işlər naziri Abbas Araqçinin son iki gün ərzində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkovla danışıqlar apardığını təsdiqləyib.
İranlı diplomat  danışıqların Körfəz ölkələrindən birinin vasitəçiliyi ilə  həyata keçirildiyini bildirib.

 Şirqolami vurğulayıb ki, Tramp hər gün yeni bir şey deyə bilməz: “O, qərar verməlidir. Əgər o, qarşılıqlı hörmətə əsaslanan real danışıqlar aparmaq istəyirsə, İran hazırdır".

“Axios” nəşri isə bir müddət əvvəl yazıb ki, İranın xarici işlər naziri Abbas Arağçı ABŞ prezidentinin İrana qarşı hərbi güc tətbiq etməklə bağlı təhdidləri fonunda həftəsonu Trampın xüsusi elçisi Stiv Uitkovla əlaqə saxlayıb .

Tramp isə bir neçə gün əvvəl  İranın rəhbərliyinin ABŞ ilə əlaqə saxladığını və nüvə sazişini müzakirə etməyi təklif etdiyini bildirib. "Biz onlarla görüşə bilərik. Görüş təşkil olunur, amma baş verənlərə görə görüşdən əvvəl hərəkətə keçməli ola bilərik", - Tramp deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO