sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

Xamenei müharibə ssenarisini işə saldı: Ordu komandanlığı prezidentə verildi, fövqəladə “müqavimət qrupu” yaradıldı

13-01-2026, 09:30 9 dəfə baxılıb



İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei ABŞ və İsrail tərəfindən mümkün hücum ehtimalını nəzərə alaraq fövqəladə müqavimət qrupunun yaradılması barədə qərar qəbul edib.

Qrup fövqəladə vəziyyətlərdə fəaliyyət göstərəcək və dövlət aparatının hücum və təcavüz anında tam işlək qalmasını təmin etməyi hədəfləyir.

İran KİV-in məlumatına görə, qrupun tərkibinə İranın ali təhlükəsizlik və müdafiə şurasının nümayəndələri, SEPAH komandanları, baş qərargah üzvləri və kəşfiyyat rəhbərləri daxil edilib. Hər bir üzv üçün ən azı iki əvəzedici də təyin olunacaq.

Müqavimət qrupu İran Milli Müdafiə Şurası nəzdində fəaliyyət göstərəcək və ona birbaşa prezident Məsud Pezeşkian rəhbərlik edəcək. İranlı jurnalist Mövsüm Pakniyyətin bildirdiyinə görə, Xamenei təcavüz və müharibə zamanı orduya komandanlığın tam şəkildə prezident Pezeşkiana verilməsi barədə qərar qəbul edib. Qeyd olunur ki, İran konstitusiyasına əsasən ali baş komandan statusu dini rəhbərə məxsusdur, lakin bu qərarla icraedici nəzarət mexanizmi prezidentə ötürülür.musavat.com

Eyni mənbənin sözlərinə görə, Xamenei yeni müqavimət qrupuna sədr müavini kimi müdafiə naziri Əziz Nasirzadəni təyin edib. Milliyyətcə azərbaycanlı olan Nasirzadə hazırda İran ordusuna nəzarəti həyata keçirən əsas fiqurlardan biri hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO