sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Türkiyə bu ölkəyə silah və hərbi texnika göndərəcək

15-08-2025, 08:40 101 dəfə baxılıb

Türkiyə bu ölkəyə silah və hərbi texnika göndərəcək


Türkiyə bu yaxınlarda imzalanmış müdafiə sahəsində əməkdaşlıq sazişi çərçivəsində Suriyaya silah, hərbi texnika və logistik dəstək verəcək.

Bu barədə "Associated Press" Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.

Bu, Türkiyənin müdafiə naziri Yaşar Gülər və Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsr arasında hərbi təlim və məsləhət sahəsində əməkdaşlığa, Türkiyənin Suriyanın müvəqqəti hökumətinə dəstəyinin gücləndirilməsinə dair anlaşma memorandumu imzalanmasından bir gün sonra bildirilib.

Suriya keçən ay Türkiyədən İsrailin müdaxiləsinə səbəb olan məzhəb zorakılığından sonra müdafiəsini gücləndirmək üçün dəstək istəyib. Müqaviləyə əsasən, Türkiyə “bilik və təcrübəsini” bölüşəcək və ölkənin imkanlarını gücləndirmək üçün hərbi texnika, silah sistemləri və logistika materialları tədarük edəcək.

Həmçinin çərşənbə günü Türkiyənin xarici işlər naziri Hakan Fidan israili və kürd yaraqlılarını "Suriyanın sabitliyini təhdid edən hərəkətləri dayandırmağa" çağırıb və onları ölkənin on ildən çox davam edən vətəndaş müharibəsindən xilas olmaq səylərinə zərbə vurmaqda günahlandırıb.(publika.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO