sonnoqte.az
Xəbər başlıqları
  • 08:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 10:40 – Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb 
  • 10:36 – İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb 
  • 14:50 – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO 

Rəsmi Tehrandan SƏRT MESAJ: ABŞ-dan izahat və təzminat tələb edir

31-07-2025, 15:30 49 dəfə baxılıb



İran Birləşmiş Ştatlardan rəsmi izahat və hücum nəticəsində dəymiş ziyana görə təzminat tələb edir.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Amerika danışıqların ortasında niyə bizə hücum etdiyini izah etməli və bunun bir daha təkrarlanmayacağına zəmanət verməlidir. Həmçinin, vurduğu ziyanı İrana ödəməlidir”, – deyə Əraqçi bildirib.

Nazirin sözlərinə görə, “danışıqlara gedən yol dar olsa da, tamamilə bağlı deyil”. O əlavə edib ki, İranı müzakirələrə başlamağa inandırmaq üçün qarşı tərəf qarşılıqlı faydalı razılaşmaya hazır olduğunu nümayiş etdirməlidir.

Əraqçi, həmçinin qeyd edib ki, ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff onu danışıqların mümkünlüyünə inandırmağa çalışıb və prosesin bərpasını təklif edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO