sonnoqte.az
Xəbər başlıqları
  • 11:51 – Sabah İlham Əliyevlə Paşinyan görüşəcək 
  • 12:55 – Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır 
  • 12:45 – Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır 
  • 12:39 – Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edir YENİLƏNİB 

1990-cı illərdən bəri görünməmiş hal: Rusiyadan on minlərlə alim qaçır - Kəşfiyyat

16-06-2025, 09:14 5 dəfə baxılıb

1990-cı illərdən bəri görünməmiş hal: Rusiyadan on minlərlə alim qaçır - Kəşfiyyat


Rusiyadan alimlərin kütləvi şəkildə köçməsi "beyin axını"nın miqyasını 1990-cı illərin səviyyəsinə çatdırıb. 

"Bu barədə məlumatı Ukrayna Xarici Kəşfiyyat Xidməti yayıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, son altı il ərzində Rusiyadan 60 min nəfərdən çox tədqiqatçı ölkəni tərk edib. Onların böyük əksəriyyəti fizika, riyaziyyat, astronomiya və kibernetika sahəsində çalışan mütəxəssislərdir. Ən çox üz tutulan ölkələr sırasına Almaniya, ABŞ və İsveçrə daxildir. Bununla yanaşı, Ermənistan, BƏƏ və Qazaxıstan kimi daha "ekzotik" istiqamətlər də populyarlaşmağa başlayıb.

Məlumata əsasən, Rusiyada hər il alimlərin təxminən 1%-i ölkəni tərk edir, bu isə son 25 il ərzində görünməmiş göstəricidir. Əsas səbəblərdən biri Kremlin alimlərə qarşı tətbiq etdiyi repressiyalar və elmi dairələrin təqibə məruz qalmasıdır.

Ukrayna kəşfiyyatının bildirdiyinə görə, rusiyalı alimlər ya həbs olunur, ya da qeyri-müəyyən şəraitdə həyatlarını itirirlər. Məsələn, "İskəndər" raket kompleksinin layihələndirilməsində iştirak etmiş mühəndislərdən biri yaxınlarda müəmmalı şəkildə ölüb - ölümünün "qara maklerlər" tərəfindən törədildiyi iddia edilib. Digər nümunələr arasında isə 77 yaşlı fizik dövlətə xəyanət ittihamı ilə, bir hidroloq isə 20 il əvvəl baş vermiş qətldə ittiham olunaraq məhkum edilib.

Kəşfiyyat nümayəndələri qeyd edirlər ki, Rusiyada elmi mühit təcridə, qorxuya və tənəzzülə sürüklənir. Kremlin siyasəti sistematik şəkildə elmin məhvinə yönəlib.(Qaynarinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO