sonnoqte.az
Xəbər başlıqları
  • 20:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 11:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 14:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 10:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı

Bu gün, 10:56 1 dəfə baxılıb

Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı


Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikində yubanma qeydə alınıb.

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə (QSC) əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Oxu.az-a bildirib ki, yaranan yubanmaya səbəb elektrik enerjisi təchizatında baş verən kəsinti olub.

"Abşeron yarımadasında müşahidə olunan güclü külək səbəbindən bu gün səhər saatlarında elektrik enerjisi təchizatında yaranmış kəsintiyə görə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi qatarların hərəkətində qısamüddətli gecikmələr qeydə alınıb. Hazırda qatarlar qrafikə uyğun hərəkətini davam etdirir", - deyə B.Hacıyev qeyd edib.

Qeyd edək ki, qaynat xəttə müraciət edən sərnişinlər bildirib ki, hadisə Bakıxanov, Sabunçu və Zabrat stansiyaları istiqamətində baş verib. Bildirilib ki, qatar stansiyalar arasında qeyri-sabit hərəkət edib və vaqonlarda güclü yırğalanma hiss olunub.

"Qatar iki-üç stansiyanı güclə, yırğalana-yırğalana keçdi. Elə bil aşacaqdı. Daha sonra sərnişinlərə texniki problem olduğu və qatarın mənzilbaşına gec çatacağı bildirildi", - deyə qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO