sonnoqte.az
Xəbər başlıqları
  • 10:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır” 
  • 11:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar 
  • 20:22 – Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ 
  • 20:18 – Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi 

"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"

Bu gün, 08:26 3 dəfə baxılıb

"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"


“Əsildə bu, mənim mövzum deyil, amma yazığım gəlir bəzilərinə. Yaxşılardan uzaq, yazığım gəlir. Məhv olmuş cəmiyyət, beyinlər, insanlar, tərbiyəsizləri qəhrəman edib bu xalqın gözünə soxanlar, utanın. Nə vaxtsa cavab verəcəksiniz, bəlkə də verməyəcəksiniz. Çünki siz çoxsunuz, kim kimə cavab verəcək? Siz özünüzə?".

Bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə deyib. Video yayımlayan sənətçi son günlər sosial şəbəkədə müzakirə olunan mövzulara münasibət bildirib. Ad çəkməyən Qafarzadə sərt sözləri işlədib:

"Dediklərim 10-20 faiz yaxşılardan uzaq. Gəlib şəhərin mərkəzində hansısa biri xanımlarınızı qarşısında oynadır, uşaqlarınız rəqs edir. Özünü tanımayanlar gəlib sizi meymun kimi oynadır qabağında. Tərbiyəsizi, hansısa bir sosial şəbəkədə axşamacan hoqqa verənləri qəhrəman edib bu xalqın gözünə soxanlar, utanın. Əgər bir az utanma hissiniz varsa... Biz kimi müdafiə edirik? Kimi? Utanıram sizdən, utanırıq sizdən. Düzdür, biz də pak deyilik, hər insanın bir günahı var. Amma bizim günahlar haradasa bağışlanmalıdır, sizinkini heç vaxt, nə yerdə, nə göydə, nə o dünyada, nə bu dünyada bağışlanmalı deyil. Kim ki, mədəniyyətsizliyi, mənaviyyatsızlığı təbliğ edirsə, siz onun dostusunuz. Yazıq sizlərə. Diriykən ölmüşlər, diriykən lənətlənmişlər, diriykən cəhənnəmə düşmüşlər. Sosial şəbəkələr sizin iç üzünüzü açdı, nəyə qadir olduğunuz ortaya çıxdı. Allahın yadından çıxmış bəndələr".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO