sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Maya Sandu prezident seçkilərində qalib oldu

4-11-2024, 10:43 79 dəfə baxılıb

Maya Sandu prezident seçkilərində qalib oldu


Moldovada prezident seçkilərinin ikinci turunda Maya Sandu qalib gəlib.

Bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Məlumata görə, protokolların 98,9%-nin nəticələrinə əsasən Maya Sandu səslərin 55%-ni toplayıb. Onun rəqibi Aleksandr Stoyanoqlo 45 faiz səs toplayıb. 

“Moldova, bu gün qalib gəldin. Biz birlikdə birliyimizin, demokratiyamızın və ləyaqətli gələcəyə sadiqliyimizin gücünü göstərdik”, - Sandu  X (tvitter) hesabında yazaraq seçicilərə təşəkkür edib.

Sandu xaricdəki seçki məntəqələri hesabına qalib gəlib. Belə ki, xaricədəki diaspora kütləvi şəkildə ona səs verib. Ölkə daxilində Stoyanoqlo 51,2% nəticə ilə qalib gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO