sonnoqte.az
Xəbər başlıqları
  • 12:16 – Prezident Kobaxidzeyə zəng etdi 
  • 12:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 10:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 

Rusiya Odessaya raket zərbəsi endirdi: ölənlər və yaralılar var - VİDEO

11-10-2024, 11:47 76 dəfə baxılıb

Rusiya Odessaya raket zərbəsi endirdi: ölənlər və yaralılar var - VİDEO


Rus ordusu oktyabrın 10-da axşam saatlarında Odessa vilayətinə ballistik raketlərlə hücum edib və nəticədə çoxsaylı ölən və yaralanan var.

Bu barədə Odessa regional dövlət administrasiyasının rəhbəri Oleq Kiperin məlumat verib.

Onun sözlərinə görə, Odessa vilayətində hücum nəticəsində mülki əhalinin yaşayıb işlədiyi iki mərtəbəli bina dağılıb. 

"Nəticədə aralarında yeniyetmə də olmaqla 4 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 9 yaralıdan 4-nün vəziyyəti isə ağırdır", - o qeyd edib.

Qeyd edək ki, son günlərdə Odessaya hücum aktivləşib. Oktyabrın 9-da Odessa vilayətinə ballistik raketlərlə hücum  nəticəsində 8 nəfər ölüb.

<embed width="640" height="360" src="https://player.olke.az?v=35857&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO