sonnoqte.az
Xəbər başlıqları
  • 12:41 – Prezident fərman imzaladı 
  • 11:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 13:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Trampı belə dəstəklədilər - FOTO

19-07-2024, 08:53 111 dəfə baxılıb

Trampı belə dəstəklədilər - FOTO


ABŞ-də prezidentliyə namizəd Donald Trampın qulağındakı sarğı yeni trend yaradıb.

Xarici KİV xəbər verir ki, qulağından yaralanan Donald Tramp Viskonsin ştatında keçirilən Respublikaçılar Partiyasının Milli Konqresində sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Bir çox iştirakçı prezidentliyə namizəd Trampı dəstəkləmək üçün qulaqlarına sarğı taxaraq qurultayı izləyib.

Qeyd edək ki, 13 iyulda ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident  D.Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb. Sağ qulağından yaralanan Trampın səhhətinin yaxşı olduğu bildirilib.

Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb. ABŞ Məxfi Xidməti mitinq sahəsinin xaricindəki yüksək yerdən kürsüyə qədər dəfələrlə atəş açan hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) hücumu sui-qəsd cəhdi kimi qiymətləndirib. Araşdırmalardan sonra FTB sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO