sonnoqte.az
Xəbər başlıqları
  • 12:38 – Prezidentə təbriklər gəlir - Yenilənir 
  • 13:32 – “İlham Əliyev tarixə düşəcək” - Ərdoğan 
  • 11:35 – Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası başlayıb YENİLƏNƏCƏK 
  • 12:19 – İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir 

Rusiyadan Fransaya təhdid: “Ukraynaya göndərilən əsgərlər üçrəngli bayrağa bürünmüş tabutla qayıdacaqlar”

22-03-2024, 10:02 70 dəfə baxılıb

Rusiyadan Fransaya təhdid: “Ukraynaya göndərilən əsgərlər üçrəngli bayrağa bürünmüş tabutla qayıdacaqlar”

“Biz Ukrayna torpağına gələn bütün fransız əsgərlərini öldürmək niyyətindəyik”.

Bu sözləri Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Fransanın BFMTV telekanalına fransız dilində verdiyi eksklüziv müsahibəsində deyib.

Pyotr Tolstoy açıq şəkildə Fransa cəmiyyətinə Makronun Ukraynaya göndərəcəyi fransalı hərbçilərin aqibətinin yaxşı olmayacağını çatdırmağa çalışıb.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron son açıqlamalarında Ukraynaya göstərilən dəstəyə heç bir məhdudiyyət qoymayacağı ideyasına sadiq qaldığını bildirib.

“Onun fikri bizi maraqlandırmır. Bizi Makron və onun dedikləri, onun sərhədləri maraqlandırmır”, - deyə Tolstoy Makronun bu bəyanatlarına cavab verib.

“Siz, Odessaya əsgərlərlə gəlmək istəyən fransalılar, Üçüncü Dünya Müharibəsini təhrik edirsiniz”, - deyə o qeyd edib.

“Fransız əsgərlərinin Ukraynaya göndərilməsi ideyası Orlidə üçrəngli bayraqla örtülmüş tabutlarla başa çatacaq. Fransalılar nəticələri dərk etməlidirlər”, - deyə Pyotr Tolstoy Fransanı təhdid edib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO