sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Türkiyədə faciə: 10 nəfər öldü, 59-u xəsarət aldı - VİDEO/FOTO

28-12-2023, 12:50 125 dəfə baxılıb

Türkiyədə faciə: 10 nəfər öldü, 59-u xəsarət aldı - VİDEO/FOTO


Türkiyədə Şimali Mərmərə şosesində zəncirvari qəza baş verib.

 Türkiyə mediası xəbər verir ki, 3-ü avtobus və 1 yük maşını olmaqla 7 nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Dəhşətli qəzada 10 nəfər ölüb, 8-i ağır olmaqla 59 nəfər yaralanıb. 
Qəza səbəbindən magistralın İstanbul istiqamətində nəqliyyat dayanıb.

Sakarya Böyükşəhər bələdiyyə başçısı qəzanın sıx sis səbəbi ilə meydana gəldiyini bildirib.

Sakarya Vilayət rəisi isə maşından düşən sərnişinləri arxadan gələn avtomobilin vurduğunu deyib.

Ədliyyə naziri Yılmaz Tunç qəzaya 3 baş prokurorun təyin edildiyini açıqlayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

<embed width="640" height="360" src="https://player.olke.az?v=25387&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO