sonnoqte.az
Xəbər başlıqları
  • 11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 14:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 14:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 14:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 

Prezidentdən baş nazirə çağırış: İslahatları dayandır

27-03-2023, 10:56 174 dəfə baxılıb

Prezidentdən baş nazirə çağırış: İslahatları dayandır


İsrail prezidenti İshak Hersoq hökuməti məhkəmə sistemində islahatları dərhal dayandırmağa çağırıb.

Bu barədə İsrail Prezidenti İshak Hersoq bazar ertəsi öz tviter səhifəsində yazıb. 

“İsrail xalqının birliyi naminə, məsuliyyət naminə sizi qanunvericilik prosesini (islahatın qəbulu -red) dayandırmağa çağırıram”, - dövlət başçısı yazıb.

Prezident etirazlar fonunda nümayişçilərlə polis arasında toqquşmalar fonunda ölkədə son dərəcə gərgin ictimai-siyasi vəziyyətin olduğunu qeyd edib. 

“Millət dərin narahatlıq içindədir. Milli təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət - hər şey təhdid altındadır”, -  Prezident qeyd edib.

İsraildə martın 26-da axşam saatlarında başlayan kortəbii etirazların səbəbi baş nazir Benyamin Netanyahunun elan etdiyi müdafiə naziri Yoav Qalantın istefası olub. Qalant açıq şəkildə hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olan məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu deyib. Hökumətin əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakimlərin seçiminə icra hakimiyyətinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. Netanyahu israr edir ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO