sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Saakaşvilidən gözlənilməz çağırış: Prezident Zurabişvilini dəstəkləməliyik

28-02-2023, 11:56 165 dəfə baxılıb

Saakaşvilidən gözlənilməz çağırış: Prezident Zurabişvilini  dəstəkləməliyik


Sabiq prezident Mixeil Saakaşvili Gürcüstan indiki Prezidenti Salome Zurabişvilini “köhnə inciklikləri” unutmağa çağırıb.

Sabiq prezident, hazırda həbsdə olan Mixeil Saakaşvili dövlətin hazırkı lideri Salome Zurabişvilini dəstəklədiyini bildirib.
Saakaşvilinin Facebook səhifəsində Zurabişvilini dəstəklədiyi bəyanatda deyilir:

“Mən Prezident Zurabişvilinin son günlər verdiyi bəyanatları və onun azadlıq uğrunda mübarizəyə çağırışını dəstəkləyirəm. Fikrimcə, bütün siyasi qruplar Rusiya çevrilişinə qarşı birləşməli, həmçinin Prezidentlə davamlı məsləhətləşmələr aparmalıdır”.

Saakaşvili gürcü siyasətçilərinə müraciət edərək deyib: “İndi narazılıqları xatırlamaq vaxtı deyil".

Eyni zamanda o, Zurabişvilini statusundan istifadə etməyə və Moskvanın Gürcüstanda hakimiyyəti tamamilə ələ keçirməyə hazırlaşdığı barədə “bütün dünyaya xəbərdarlıq etməyə” çağırıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO