sonnoqte.az
Xəbər başlıqları
  • 11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 14:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 14:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 14:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 

Baş nazir: Saakaşvili cəzasını sonadək çəkəcək

14-05-2022, 10:54 249 dəfə baxılıb

Baş nazir: Saakaşvili cəzasını sonadək çəkəcək


Gürcüstanda ikinci cəbhə, həmçinin növbədənkənar seçkilər və eks-prezident Saakaşvilinin xaricə müalicə üçün transferi olmayacaq.

Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib. 

“Biz lazım olan səviyyəyə çatmışıq. Biz əhaliyə uzunmüddətli əmin-amanlığa zəmanət veririk. Ölkədə ikinci cəbhə, müharibə olmayacaq”, - Qaribaşvili bildirib.

O əlavə edib ki, ölkədə əmin-amanlığın və sabitliyin olması hər kəs üçün vacibdir: “Bunsuz ölkədə heç nə olmayacaq... Ölkəmiz, xalqımız artıq üç dəfə Rusiya ilə döyüşüb. 90-cı illərdən sonra vətəndaş müharibəsi, minlərlə əziyyət çəkmişik. Sonra dağıdıcı nəticələrə gətirib çıxaran avqust müharibəsi və bu gün də davam edən ərazilərimizin işğalı... Əgər vəziyyəti düzgün analiz etməsək, o zaman çox pis nəticələrlə üzləşə bilərik. Buna yol verə bilmərik”, - deyə baş nazir bildirib.

O, Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini də istisna edib.
“Növbəti seçkilər 2024-cü ildə keçiriləcək”, - Qaribaşvili vurğulayıb.

O eyni zamanda müxalifətin son bəyanatlarını şərh edərək, Saakaşvilinin xaricə müalicə üçün köçürülməsi tələblərinin qeyri-adekvat olduğunu deyib.

“Bu ölkədə hamı qanuna tabe olmalıdır.  O, məhbusdur, cəzasını sona qədər çəkməyə layiqdir. Onun transferi üçün heç bir əsas yoxdur”, - deyə baş nazir bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO