sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Türkiyə müxalifət liderindən Azərbaycana qarşı hörmətsizlik - FOTO

21-02-2023, 09:26 115 dəfə baxılıb

Türkiyə müxalifət liderindən Azərbaycana qarşı hörmətsizlik - FOTO


Türkiyədə müxalifət lideri Əli Babacan Azərbaycana qarşı hörmətsizlıik edib.

Türkiyə Demokratiya və Sıçrayış Partiyasının rəhbəri bu barədə tviterdə paylaşım edib.

“6 fevralda baş verən zəlzələdən sonra ölkəmizə gələrək axtarış-xilasetmə tədbirlərinə qatılan, canla-başla çabalayan, yardım göstərən dostlarımıza təşəkkürlər”,- deyə o qeyd edib..
Partiya sədri daha sonra ingilis, fransız, alman, ispan, rus, yunan və ərəb dillərində təşəkkür edib.

Partiya tərəfindən hazırlanmış postdakı qoruyucu papağın üzərində də, ABŞ, Livan, Yaponiya, Çin, Cənubi Koreya, İordaniya, Avstriya, Moldova, İsrail, Rusiya, Gürcüstan, ABŞ, Pakistan, Hindistan, İsveçrə, Çexiya, Xorvatiya, İtaliya, İspaniya bayrağı yer alsa da, Azərbaycan qeyd olubmayıb.

Sözügedən paylaşım sosial şəbəkələrdə Azərbaycana hörmətsizlik kimi qiymətləndirilib.

Xatırladaq ki, dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə axtarış-xilasetmə tədbirləri üçün heyət göndərən ölkələr arasında Azərbaycan 725 nəfərlə ilk yerdə dayanır. İngiltərə 77, Fransa 204, İspaniya 90, Rusiya 150, Yunanıstan 46, Almaniya 115 nəfərlik heyət göndərib. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO