sonnoqte.az
Xəbər başlıqları
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 11:54 – Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 

ABŞ bu dəfə gizli sənəd iddiaları ilə çalxalanır: Baydenin ofisindən tapıldı

10-01-2023, 09:37 194 dəfə baxılıb

ABŞ bu dəfə gizli sənəd iddiaları ilə çalxalanır: Baydenin ofisindən tapıldı


ABŞ Prezidenti Co Baydenin ofisindən tapılan sənədlər ölkə gündəmində müzakirələrə səbəb olub.

Xarici xəbər verir ki, Baydenin keçmiş şəxsi ofisində qıfıllı şkafda saxlanılan sənədlər qısa zamanda ABŞ-da ajiotaj yaradıb.

Barak Obama administrasiyası dövrünə aid sənədlərlə bağlı ABŞ Ədliyyə Nazirliyi yoxlamalara başlayıb. Baydenin sözügedən ofisdən 2017-2019-cu illərdə istifadə etdiyi bildirilir.

Baydenin şəxsi müşaviri Riçard Sauber ofisdən çox az sayda gizli sənəd tapıldığını və dərhal dövlətin arxiv idarələri ilə əlaqə yaradıldığını deyib.

Co Baydenin gizli sənədləri məsuliyyətsizlik, yoxsa unutqanlıq ucbatından keçmiş ofisində unutması müzakirələrə səbəb olub.

Qeyd edək ki,  Donald Tramp prezident olduğu dövrdə mülkündən gizli sənədlər tapıldığı üçün Co Bayden onu məsuliyyətsizlikdə ittiham etmişdi.

Xatırladaq ki, hazırkı ABŞ Prezidenti Bayden tez-tez qəribə hərəkətlər etməsi, unutqanlığı və boşluğa salam verməsi onun qocalığı ilə əlaqələndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO