sonnoqte.az
Xəbər başlıqları
  • 13:39 – İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 
  • 10:39 – Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ 

Putinin “qiyamət silahı” deşifrə oldu: 130 dəfə çox ölümcüldür - FOTO

6-10-2022, 09:31 171 dəfə baxılıb

Putinin “qiyamət silahı” deşifrə oldu: 130 dəfə çox ölümcüldür - FOTO


Rusiyanın Ukraynada taktiki nüvə silahlarından istifadə edə biləcəyi iddiaları günbəgün artmaqda davam edir.

Xarici KİV xəbər verir ki, iddiaların mərkəzində isə Rusiyanın ən müasir nüvə sualtı gəmisi “Belqorod” dayanır.

Həftəsonu İtaliya mediasına sızdırılan xəbərə görə, NATO “Belqorod”un Arktika Dairəsindəki öz bazasından yoxa çıxması barədə xəbərdarlıq edib.

Günlərdir harada olması barədə müxtəlif fikirlər səsləndirilən sualtı qayığın peyk görüntüləri ortaya çıxıb.

“Daily Mail” qəzetinin yazdığına görə, “qiyamət silahı” da adlandırılan sualtı qayıq Barens dənizində nümayiş etdirilib. Ehtimallara görə, gəmi “Poseydon” nüvə bombasını sınaqdan keçirmək üçün Qara dənizə istiqamətlənmiş ola bilər.

Hərbi ekspertlər xəbərdarlıq edir ki, belə bir addım Putinin müharibənin gedişatını dəyişmək üçün son çarəsi ola bilər.

Qeyd edək ki, “Poseydon” 500 metrə yaxınlaşan nüvə sunamisini tətikləmək üçün nəzərdə tutulmuş “qiyamət silahı” cihaz adlanır. Başqa sözlə, sualtı qayıqda İkinci Dünya Müharibəsi zamanı Xirosimaya atılan atom bombasından 130 dəfə çox ölümcül silahlar var.

Bu nüvə başlığı beynəlxalq qadağalara görə heç vaxt sınaqdan keçirilməyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO