sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Zelenski açıqladı: "Ərazilərimizin 20%-i..."

3-06-2022, 09:30 148 dəfə baxılıb

Zelenski açıqladı: "Ərazilərimizin 20%-i..."


"Rusiya ordusu hazırda Ukrayna ərazisinin 20 faizinə nəzarət edir".

Ukrayna mətbuatı xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Lüksemburq parlamentində çıxışı zamanı deyib. O bildirilib ki, Ukrayna ərazisinin 20 faizi təxminən 125 min kvadrat kilometrə bərabərdir. Ukrayna liderinin sözlərinə görə, Rusiyanın 2014-cü ildə qanunsuz olaraq işğal etdiyi Krım yarımadası isə sözügedən əraziyə daxildir.

“Biz demək olar ki, bütün Rusiya ordusuna qarşı özümüzü müdafiə etməliyik. Müharibə üçün hazır olan bütün Rusiya hərbi birləşmələri bu təcavüzə cəlb olunub”, - deyə o söyləyib.
Rusiyanın ötən gün 15 qanadlı raket atdığını qeyd edən Zelenski, fevralın 24-dən bu yana Ukraynaya ümumilikdə 2478 raket atıldığını və raketlərin əksəriyyətinin mülki infrastrukturu hədəf aldığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO