sonnoqte.az
Xəbər başlıqları
  • 19:03 – Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN 
  • 12:21 – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verildi 
  • 11:52 – “İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident 
  • 10:55 – “Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” 

ABŞ-da məktəbdə qətliam: 21 nəfər ölü

25-05-2022, 10:17 190 dəfə baxılıb

ABŞ-da məktəbdə qətliam: 21 nəfər ölü


ABŞ-da Texasın cənubunda ibtidai məktəbdə baş verən atışmada 19-u uşaq olmaqla 21 nəfər həlak olub. 

“Bu barədə Texas ştatının senatoru Roland Qutyerres “Texas Reyncers” agentliyinə məlumat verib.

Qubernator Qreq Abbott atışmadan bir neçə saat sonra mətbuat konfransında deyib ki, hadisə zamanı 14 məktəbli və bir müəllim həlak olub. Bununla belə, daha sonra senator Qutierrez Texas polisinə istinadən CNN-ə bildirib ki, ölənlərin sayı 21-ə yüksəlib  və onlardan 19 uşaq, 2-si isə böyükdür.

Baş verən qətliamın motivləri hələ də məlum deyil.

Qubernator jurnalistlərə bildirib ki, qətliamda şübhəli bilinən 18 yaşlı Salvador Ramos məktəbə getməzdən əvvəl nənəsini güllələyib. 

“O, dəhşətli və anlaşılmaz şəkildə şagirdləri və müəllimi güllələyərək öldürüb. Hücum edən Ramosun isə polislə atışmada öldürüldüyü bildirilir”, - Abbott bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO