sonnoqte.az
Xəbər başlıqları
  • 13:27 – İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 
  • 11:54 – İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 

Baba, oğul, gəlin, nəvə evdə ölü tapıldı - Dəhşətli cinayət - FOTO

30-03-2022, 10:35 242 dəfə baxılıb

Baba, oğul, gəlin, nəvə evdə ölü tapıldı - Dəhşətli cinayət - FOTO


Bir evdə 4 nəfərin odlu silahla qətlə yetirilmiş meyiti aşkar edilib.

Dəhşətli hadisə Türkiyənin Edirnə şəhərində baş verib. Uzunköprü səmtində bir evdə baba, ata, ana və oğul olmaqla 4 nəfər ölü tapılıb.

Türkiyə mətbuatı xəbər verir ki, rayonun Elmalı kəndində vətəndaşlar ailədən xəbər alamayınca vəziyyəti jandarma və sağlamlıq qruplarına bildiriblər.
Deyilən ünvana gələn polis əməkdaşları evdə 76 yaşlı Mehmet Güner, eyniadlı oğlu 55 yaşlı  Mehmet Güner, onun həyat yoldaşı 47 yaşlı Filiz Güner  və 26 yaşlı oğlanları Anıl Günerin meyitini aşkar ediblər.

Araşdırmalar zamanı həmin şəxslərin odlu silahla qətlə yetirildiyi məlum olub.

Qətildə istifadə edilən odlu silah tapılsa da, cinatəri törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam edir.

Qonşuların sözlərinə görə Güner ailəsi sakit təbiətli insanlar olublar. Kənddə heç kimlə düşmənçilikləri olmayıb.

Qətli törədən şəxsin kimliyi və səbəbləri araşdırılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO