sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Azərbaycanın “Avroviziya”da səsləri niyə lağv edilib? - Səbəb açıqlandı

20-05-2022, 09:36 234 dəfə baxılıb

Azərbaycanın “Avroviziya”da səsləri niyə lağv edilib? - Səbəb açıqlandı


Avropa Yayım Birliyi (EBU) “Avroviziya-2022” Mahnı Müsabiqəsində 6 ölkənin münsif səslərinin ləğv olunmasının səbəbini açıqlayıb.

Buna səbəb kimi həmin ölkələrin bir-birini öz sıralamalarında “TOP 5”də qeyd etməsi göstərilib. EBU bunun qaydalarına zidd olması qənaətinə gəlib və xalları sıfırlayıb.

Qeyd edək ki, Avropa Yayım Birliyi 6 ölkəni - Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marinonu münsiflər heyətindən çıxarıb. Buna münsiflər heyətinin səsverməni manipulyasiya etməkdə şübhəli bilinən cəhdləri səbəb göstərilib. 

Onu da qeyd edək ki, Azərbaycan aparıcısı canlı efirdə səsləri elan edə bilməyib və EBU özü səsləri açıqlayıb. Azərbaycan birinci yerdə Ukryananı göstərsə də, səslər Böyük Britaniyaya yazılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO