12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO
10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO
09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
"Samirəni efirdə rəzil etmək yaxşı deyildi" - Kübra Əliyeva
9-03-2021, 09:42
289 dəfə baxılıb
"Şəfiqə xanıma hörmət edirəm, amma inciməsin. Samirənin də özünə görə adı-sanı var. Onu əvvəldən tanıyıram, mərd xanımdır. Onu efirdə rəzil etmək yaxşı deyildi, böyük kimi o, sözləri kənarda deyərdi". Bu sözləri Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə" proqramında deyib. Aktrisa vəkil Şəfiqə Nağıyevanın efirdə meyxanaçı Samirə Yusifqızını geyiminə görə təhqir etməsini qınayıb. O bildirib ki, vəkil efirdə ifaçını təhqir edib.
Ş.Nağıyeva isə "Samirəni çox istəyirdim, ona efirdə ağlayan mən oldum. Efirdə ona kömək istəyə bilərəm, amma bunu deyə bilmərəm? Samirə gərək o hərəkəti etməzdi. O, uşaq, ana saxlayır. Xoşunuza gəlirsə, Kübra xanım, siz də elə geyinin gəlin" sözlərini deyib.
K.Əliyeva vəkilə "Bura 10 milyon insan, dünya baxır. Öz insanımızı, qadınımızı təhqir etdiniz. Siz onu təhqir etdiniz. Burada deyilməsinin əleyhinəyəm. Ona anası, övladı baxırdı. Elə irad demək olmazdı" cavabını verib.axşam.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: