sonnoqte.az
Xəbər başlıqları
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 
  • 10:46 – İlham Əliyev İordaniya Kralını təbrik edib 
  • 11:37 – İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib 
  • 09:00 – Dövlət başçıların İlham Əliyevə təbrikləri davam edir - YENİLƏNİB 

Səfirdən Ukraynadakı vətəndaşlarımıza MÜRACİƏT: “Öz maşınlarınızla gəlin”

28-02-2022, 15:00 245 dəfə baxılıb

Səfirdən Ukraynadakı vətəndaşlarımıza MÜRACİƏT: “Öz maşınlarınızla gəlin”


Bu gün Ukraynadakı vəziyyətlə əlaqədar 174 vətəndaşımız Moldovadan Rumıniyaya keçiriləcək, oradan isə Azərbaycana gətiriləcək. 

Oxu.az məlumatına görə, Moldovada 500-ə yaxın azərbaycanlının ölkəmizə təxliyə olunması gözlənilir. 

Vətəndaşlarımız avtomobilləri ilə ölkəmizə yola salınacaqlar. 

Azərbaycanın Moldovadakı səfirliyindən bildirilib ki, Rumıniya və Bolqarıstan arasında viza  rejiminin olmasına baxmayaraq, mövcud vəziyyətlə bağlı vizaya ehtiyac yoxdur:

“Artıq Ukraynada yaşayan vətəndaşlarımız oradan öz avtomobilləri ilə Moldovaya keçə bilərlər”.

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Ukraynadan çıxmaq istəyən vətəndaşlarımıza müraciət edib:

“Maşını olan şəxslər öz avtomobilləri ilə sərhədə yaxınlaşsınlar. Onlar ailələri ilə birlikdə öz maşınları ilə Ukrayna, Moldova, Bolqarıstan, Türkiyə, Gürcüstan sonra isə Azərbaycana gedə bilərlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO