sonnoqte.az
Xəbər başlıqları
  • 13:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 11:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 
  • 11:10 – Prezident xalqa müraciət edir - Video 
  • 13:33 – İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub 

Azərbaycanda 2000-dən çox şəxsin pensiyası əksik hesablanıb

11-01-2022, 15:30 276 dəfə baxılıb

Azərbaycanda 2000-dən çox şəxsin pensiyası əksik hesablanıb


"Son bir-iki il ərzində 2000-dən yuxarı şəxsin əmək pensiyasının əksik ödənildiyi tərəfimizdən aşkarlanıb".

Bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib. O bildirib ki, nəticədə bu şəxslərin əmək pensiyaları təkrar hesablanıb:

“Orta hesabla, pensiya məbləğləri 633 manatdan 739 manata artırılıb. Bir şəxsin pensiyası təqribən 100 manat orta hesabla, 17-18% artım deməkdir. Keçmiş dövr üzrə bu kontingent üçün ödənilməli olan 3 milyondan artıq vəsait hesablanıb. Həmin vəsait də qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməkdədir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO