sonnoqte.az
Xəbər başlıqları
  • 13:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 13:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 10:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 13:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

“Mənə vaksin olmaz” deyənlər barədə TƏBİB-dən açıqlama

20-08-2021, 09:49 275 dəfə baxılıb

“Mənə vaksin olmaz” deyənlər barədə TƏBİB-dən açıqlama


“Risk qrupunda olan şəxslər əvvəlcədən vaksinasiya üçün müraciət etməlidirlər”.

Bunu AZTV-də çıxışında TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

“Ürək-damar xəstəlikləri, o cümlədən, hipertoniyası olanlar, şəkərli diabet, böyrək xəstəlikləri, xroniki ağciyər xəstəliyi olanlar vaksinasiya üçün birinci müraciət etməlidirlər. Çünki koronavirusa yoluxsa, ağır keçirə bilər, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Kiminsə şəkəri varsa, “mənə vaksin vurmaq olmaz” deyirsə, bu, tamamilə səhv fikirdir. Elə birinci şəkər xəstəliyi olanlara vaksin vurulmalıdır”, - A.Qurbanov vurğulayıb.

Alim vaksinlərin əks-görsətişləri ilə bağlı mülahizələrə də aydınlıq gətirib: “Bizdə geniş istifadə olunan “Sinovac” vaksinidir. Onun iki əks-göstərişi var və o da kağızın üzərində qeyd olunub. Bunlardan biri əvvəlki vaksinlərə qarşı həyati təhlükə daşıyan allergik reaksiya, ikincisi isə digər xəstəliklərin kəskinləşmə fazasıdır. Qalan heç bir halda əks-göstəriş yoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO