13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
11:50 – Prezident açılışda - Fotolar
12:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
Həkim: “Peyvəndin şəkərli diabetdən əziyyət çəkənlərə əks təsiri yoxdur” - VİDEO
30-04-2021, 16:02
352 dəfə baxılıb
“Peyvəndin qalxanabənzər vəzi, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə əks təsiri yoxdur. Şəkər göstəriciləri normada olmayan şəxslər müalicə ilə onu normaya saldıqdan sonra peyvənd oluna bilərlər”. Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Vüsalə Babayeva deyib. O bildirib ki, həkimlər peyvənddən əvvəl həmin şəxsləri müayinə etməlidirlər:
“COVID-19 endokrin sistemdə bir çox dəyişikliklərə səbəb olur. Yəni əvvəllər heç bir qalxanabənzər vəzi xəstəliyi olmayan şəxslər yoluxduqdan sonra hormonların yüksəkliyi şikayəti ilə müraciət edir. Həmçinin şəkərli diabet olmayan şəxslər də virusdan sonra yüksək şəkər şikayəti ilə müraciət edir”.
V. Babayeva onu da qeyd edib ki, həkim məsləhəti olmadan, özbaşına “deksametazon” istifadə edilməsinin ciddi əks təsirləri olur:
“Bu preparatı xəstəliyi yüngül keçirənlər istifadə etməməlidirlər. Çünki o, qanda şəkəri yüksəldir və nəticədə sonradan endokrin sistemdə xəstəliklər yarana bilir.
“Deksametazon”u düzgün istifadə etdikdə isə problem qeydə alınmır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: